Avstraliya Turu

Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı, oxunuş Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya adı latıncada “cənubdan cənuba aid olan” mənasını verən Australis sözündən törəmişdir. Roma sivilizasiyası zamanına aid cənubdakı bilinməyən bir ölkə mənası (terra australis incognita) bənzər bir yerin, orta əsrlər coğrafiyasında da alov tapıldığını göstərir, ancaq bu məlumatlar hər hansı bilinən bir qitə məlumatı ehtiva etməməkdədir. Avstraliya altı ştatdan, iki materik ərazisindən və digər daha kiçik ərazilərdən təşkil olunmuşdur. Ştatlar Viktoriya (VIC), Qərbi Avstraliya (WA), Kvinslend (QLD), Yeni Cənubi Uels (NSW), Tasmaniya (TAS) və Cənubi Avstraliya (SA) hesab olunur. İki əsas materik ərazisi isə Şimal ərazisi (NT) və Avstraliyanın paytaxt ərazisidir (ACT).

 

Avstraliyada gəzməli yerlər:

  1. Böyük Baryer Rifi
  2. On iki həvari
  3. Göy dağlar
  4. Melburndakı St Paul Katedrali
  5. Çəhrayı göl
  6. Şeytan daşları
  7. Sidney limanı
  8. Kakadu Milli parkı
  9. Sidney qülləsi
  10. Fraser adası

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

Bir cavab yazın