Bosniya və Herseqovina— cənub-şərqi Avropada dövlətdir. Bosniya və Herseqovina Balkan yarımadasına yerləşir. Şərqdə Serbiya, cənub-şərqdə Monteneqro, şimalda və cənub-qərbdə Xorvatiya ilə həmsərhəddir. Cənubda isə 24 kilometrlik uzunluğunda Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Sarayevo, ümumi sahəsi 51,129 kvadrat kilometrdir. Bosniya və Herseqovina ərazi quruluşu baxımından konfederativ ölkədir.Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. İngiliscədə və daha bir çox dildə etnik şəxsiyyət nəzərdə tutulmadan bütün Bosniya-Hersoqovina xalqına Bosniyalı deyilir. Bosna çayının və macar dilində “herseq” (“Voyevoda” deməkdir) sözündən yaranmışdır. Bosna-Hersoqovinada yerli iqlim hakimdir. Hava istilikləri, ən isti aylar olan İyul və Avqustda 30 dərəcəyə qədər çıxarkən, ən soyuq günlər isə, Dekabr və Yanvar aylarında yaşanmaqda və istilik −20 dərəcəyə qədər düşməkdədir. Ümumiyyətlə 4 mövsüm bol yağış alan/sahə ölkədə ən yağışlı ay İyun (110–115 mm), ən quraq ay isə Dekabrdır (40–70 mm). Ölkənin cənub-qərb seqmentində və Neretva Vadisində Aralıq dənizi iqlimi görülər. Bu bölgələrdə meyvə-tərəvəz bağçaları, üzüm bağları vardır. Heyvandarlıq isə, ölkənin bütünündə edilməkdədir.Başlıca çayları Una, Sənə, Drina, Sova, Bosniya və Mostar Körpüsünün altından axan Neretvadır.
Bosniya və Herseqovinada gəzməli yerlər:
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: