Çexiya Turu

Çexiya və ya rəsmi adı ilə Çex Respublikası Mərkəzi Avropada bir dövlətdir. Çexiya dənizə çıxışı olmayan ölkədir. Şimal və şimal-şərqdə Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, şərq və cəbub-şərqdə Slovakiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Praqa şəhəridir.

Avropanın ən qədim, gəzməli, görməli, dincəlməli ölkələrindən biridir. Çexiyanın rəngarəng və insanda xoş ovqat doğuran gözəl məkanlarını sevməmək mümkün deyil. Ona görə də yayda Avropanın və dünyanın hər yerindən bura yüz minlərlə turist axışır.

Çexiya — əzəmətli qala və qəsrləri, qədim körpü və dəyirmanları ilə qonaqların diqqətini hər zaman cəlb etmişdir. Çexiyada orta əsrlərə aid qotik üslubunda hazırlanmış və hələ də ilkin möhtəşəm görkəmini qoruyub saxlayan memarlıq abidələrinin, bir-birindən gözəl və rəngarəng yaşayış evlərinin sayı çoxdur və sənət əsərləri ilə tanış olan insanlar sanki keçmişə, real aləmdən uzaq bir məkana səyahət edirlər. Bu baxımdan Çexiya Avropanın ən gözəl turist məkanlarından biridir.

Məşhur Karlovı Varı

Karlovı Varı — Çexiya Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəridir. Ölkənin ən məşhur kurortu hesab olunan Karlovı Varı insanların həm müalicə, həm də istirahət mərkəzlərindən biri kimi tanınır. Çexiyaya səyahət edən turistlər burada ölkənin füsunkar görünüşündən və əsl istirahətdən zövq ala bilərlər.

Çexiyada ölkənin ikinci böyük şəhəri olan Brno da çox sayda gəzməli, görməli ünvanlara sahibdir. Şəhər Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir.

Brnoda turistlər tərəfindən ən çox ziyarət edilən bir çox mədəniyyət və memarlıq abidələri vardır. Şəhərin mərkəzi sayılan “Stare mesto”-da qotik Pyotr və Pavel kilsəsi, müqəddəs Yakub, Tomaş və Yan kilsələri, köhnə və yeni ratuşa binaları və s. yerləşir. Bir sözlə, Çexiya Avropanın gəzməli, görməli və sevməli ecazkar ölkəsindən biridir.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

Bir cavab yazın