Estoniya Turu

Estoniya — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır.Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniyanın Latviya ilə sərhədi 267 km, Rusiya ilə sərhədinin uzunluğu isə 290 kilometrdir. Estoniya dünyada e-hökumətə görə son illər ən qabaqcıl yerlərdən birini tutmaqdadır.

 

Estoniyada gəzməli yerlər:

  1. Alexander Nevsky Katedrali
  2. Toompea Təpəsi
  3. Kadriorg Park
  4. Köhnə şəhər
  5. Viru Gate
  6. Raekoja Plats
  7. Katerina keçidi
  8. Kadriorg Sarayı
  9. Azad Olaf Kilsəsi
  10. Yağlı Margaret Qülləsi
  11. Şəhər meydanı

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın