Finlandiya Turu

Finlandiya və ya rəsmi adı ilə Finlandiya Respublikası Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Şərqdə Rusiya, şimalda Norveç və qərdə İsveçlə həmsərhəddir. Qərbdə Botniya və cənubda Fin körfəzlərində sahili var. Sahəsi 338.455 km², əhalisi 5,5 milyondur. Ölkənin paytaxtı Helsinki, həmçinin ölkədəki ən böyük şəhərdir. Rəsmi dil fin dilidir. Finlandiyanın cənub ərazilərində rütubətli kontinental iqlim, şimal ərazilərində isə subpolar iqlim müşahidə olunur. Ölkədə 180 mindən çox göl var. İsveç dilində “Finland” — “finlər ölkəsi” deməkdir. Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl çatmağa başlayan Baltik bölgəsindən gələn mühacirlər ilə buz çağından sonra bölgəyə köçən əsl yerlilərin qarışığından gəlir. Dil baxımından isə, estonlar və macarlar ilə birlikdə finlər də fin-uqor dil ailəsinə mənsubdur.

 

Finlandiyada gəzməli yerlər:

  1. Suomenlinna
  2. Senato Meydanı
  3. Esplanadi Park
  4. Temppeliaukio Kilsəsi
  5. Kauppatori
  6. Helsinki Cathedral
  7. Kiasma Müasir İncəsənət Muzeyi
  8. Finlandiya Milli Muzeyi
  9. Ateneum İncəsənət Muzeyi
  10. Uspenski Katedrali
  11. Seurasaari açıq hava muzeyi
  12. Linnanmäki Əyləncə Parkı
  13. Helsinki Zoo
  14. Helsinki Dizayn Muzeyi
  15. Campbell Chapel

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

 

Bir cavab yazın