Fransa Respublikası Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir.
Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır.
Təxmini olaraq Fransa əhalisi 67 milyondur, əhalinin böyük hissəsi şəhərlərdə məskunlaşmışdır. Fransa əhali sayına görə dünyada 20-ci, Avropada isə 3-cü yerdədir. Fransa Avropa İttifaqında əhali sayına görə Almaniyadan sonra 2-ci yerdədir.
Fransa, ölkədə iyirmi dörd saatdan az qalanlar, o cümlədən işgüzar səfərlər üçün gələnlər istisna olmaqla, ildə təxminən 82 milyon turistlə dünyanın ən çox ziyarət edilən ölkəsidir.
Fransa özünün şərabları və tünd spirtli içkiləri ilə məşhurdur. Onlar ənənəvi olaraq istehsal olunduğu regiona görə adlanır: şampan, burqund, bordo, konyak və s. Fransa dünyada ikinci böyük pendir istehsalçısıdır.
Fransanın gəzməli yerləri
- Eyfel qülləsi
- Notre Dame Katedrali
- Victory Jewelry – Concord Meydanı
- Montmartre Təpəsi (Rəssamlar Təpəsi)
- Sacre Coeur Bazilikası
- Disneyland
- Şanzelize küçəsi
- Lüksemburg Sarayı
- Orsay Muzeyi
- Opera Binası
- Pantheon
- Versay Sarayı
- Sainte Chapelle
- Concorde Meydanı
- Rodin Muzeyi
- Paris Yer Altı qəbirstanlığı
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: