Gürcüstan Turu

Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Gürcüstan abidələri:       

Aleksandr Nevski kafedralı (Tbilisi)

Aleksander Nevski Katedrali – Tiflisdəki Müqəddəs Aleksandr Nevski Hərbi Katedrali, Tiflisin mərkəzində bir pravoslav katedrali idi. , 1871-1872 və 1889-1897-ci illərdə Rusiya İmperatorluğu dövründə tikilmiş və 1930-cu ildə Sovet hakimiyyəti tərəfindən sökülmüşdür.

Atskuri kilsəsi

Atskuri və ya Atskuri Məryəmin Ölümü kilsəsi – cənubi Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Axısqa bələdiyyəsində yerləşən Atskuri kəndində tikilmiş orta əsrlər kafedralıdır. 

Atskuri qalası

Atskuri qalası – Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Borcomi qəsəbəsinə 30 kilometr məsafədə, Kür çayının sağ sahilində yerləşən orta əsrlərə aid qaladır. 

Cvari monastırı

Cvari monastırı – Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks monastırı. 

Gergeti Üç üqnum kilsəsi

Gergeti Üç üqnum kilsəsi – Gürcüstanın Kevi inzibati vahidində yerləşən Gürcü Ortodoks Kilsəsi.Gergeti Üç üqnum kilsəsi, Gergeti kəndinin ərazisində yerləşir və XIV əsrdə inşa olunmuşdur. 

Xornabuci qalası

Xornabuci qalası – yaxud Tamara qalası, Gürcüstanın Kaxeti ölkəsindəki Dedoplissqaro şəhərindən 2 km şimalda Orta əsrlər qalası.

Kartlis Deda

Kartlis Deda – Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl.

Quşçu qalası

Quşçu Qalası – Gürcüstan Respublikası Marneuli rayonu Quşçu kəndi yaxınlığında yerləşən qədim qala.

Slesa qalası

Slesa qalası – Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki Axıska bələdiyyəsində yerləşən orta əsr qalasıdır. 

Svetitsxoveli kafedralı

Svetitsxoveli kafedralı – Gürcüstanın paytaxtı Tbilisidən 20 km şimal-qərbdə yerləşən Msxeta şəhərində Gürcü Ortodoks kafedralı.

Ucarma qalası

Ucarma qalası – Gürcüstanın Kaxetiya bölgəsindəki Saqaredsco bələdiyyəsində yerləşən orta əsrlərə aid gürcü kilsəsidir. 

Gürcüstanda turizm – Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir. Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür.

Otellər

Milli turizm administrasiyasının məruzəsinə əsasən, Gürcüstanda 2016-cı ilə təxminən 1700 mehmanxana fəaliyyət göstərmişdir. Tiflisdə 14 837 koyko-yer qeydə alınmışdır.

Beynəlxalq mehmanxana şəbəkələrinin bir çoxu Gürcüstanda fəaliyyət göstərir: Courtyard by Marriott, Sheraton Hotels and Resorts və Radisson Hotels.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

 

Bir cavab yazın