İspaniya – Barselona Turu

İspaniya Avropanın ən şən və qonaqpərvər ölkələrindən biri və bəlkə də birincisidir. Nə vaxt İspaniyaya gəlsəniz, mütləq bir bayram və ya karnavalın şahidi olacaqsınız. İspanlar öz maraqlı adətləri ilə hamıdan seçilirlər. Belə bir ehtimal var ki, İspaniya sözü “dovşanlar ölkəsi” kimi tərcümə olunur.

İspaniya deyəndə ağlınıza təkcə məşhur korridalar gəlirsə, deməli məlumatınız çox azdır. Onda bu yazı sizinçün həqiqətən maraqlı olacaq.

Bilirsinizmi ki, İspaniya Avropanın ən dağlıq ölkəsidir, Madrid isə Avropadakı ən “hündür” paytaxtdır. Həmçinin Madrid İspaniyanın düz mərkəzində yerləşir. Madridin də tam mərkəzində, Puerta del Sol meydanında “0-cı kilometr” adlı nöqtə var. Ölkədəki bütün yollar başlanğıcını məhz bu nöqtədən götürür.

Hazırda bu ölkədə 46 milyondan çox adam yaşayır. Bu dövlətin himnində sözlər yoxdur. Siz kartofu, pomidoru, kakaonu sevirsinizmi? Bu məhsullara görə məhz ispanlara təşəkkür etməliyik, çünki onları bizimlə tanış edən məhz ispanlardır.

Dünyanın ən qədim restoranı da İspaniyada yerləşir. Bu, 1725-ci ildə Madriddə açılmıış “Botin” restoranıdır. Bundan başqa bu ölkədə ildə cəmi 6 ay işləyən restoran da var. Həmin restoranda qeyri-adi yeməklər dadmaq mümkündür. Məsələn, qum dadı verən şokolad, balıq dadı verən dondurma və sairə.

2016-cı ildə İspaniya növbəti dəfə dünyanın ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkəsi seçilmişdir. Həmçinin, İspaniya “ən yaxşı çimərliklər” nominasiyasında öz rekordunu da yeniləmişdir.

 

İspaniyada gəzməli yerlər:

  1. Əlhambra sarayı
  2. Milli Prado Muzeyi
  3. Müqəddəs Ailə Məbədi
  4. Valensiyadakı “İncəsənət və Elm Şəhəri”
  5. Reyna Sofiya Muzeyi
  6. Kordova məscidi
  7. Santiaqo de Kompostelada Kafedra Kilsəsi
  8. Bilbaoda Quqqenhaym Muzeyi
  9. Əlkasar qəsri
  10. Palma de Mayorkada Kafedra Kilsəsi

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın