İsrail Turu

İsrail və ya rəsmi adı ilə İsrail Dövləti— Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. İsrail Bərəkətli Hilal regionunun Levant bölgəsində yerləşir. Ölkə Aralıq dənizinin şərqində, şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. 29°-34° şimal enliyi və 34°-36° şərq uzunluğu arasında yer alır.Ölkənin şimaldan cənuba uzunluğu 470 km, şərqdən qərbə uzunluğu isə 135 km təşkil edir. Sərhədlərinin ümumi uzunluğu 1125 km-dir. İsraildə Aralıq dənizi iqlim tipi hakimdir. Ərazidə yay ayları quraq və isti, qış isə mülayim və rütubətli keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və qışda isə mülayim enliklərin hava kütlələri hakimdir. Səth quruluşunun müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin şəkildə azalır.

 

İsraildə gəzməli yerlər:

  1. Tel Aviv-Yafo
  2. Qüds (qədim şəhər)
  3. Masada
  4. Ölü dəniz
  5. Yad Vashem
  6. İsrail Muzeyi
  7. Caesarea Milli Parkı
  8. Qaliley
  9. Eilat
  10. Baha’i Gardens 

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

Bir cavab yazın