İtaliya Turu

İtaliya Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir.

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Piza qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir.

Yemək italyanların gündəlik həyatında əsas yeri tutur. Milli mətbəxlərində çoxlu ənənələr var. Çox vaxt süfrəyə əvvəlcə spagetti, sonra isə tərəvəzlə birgə ət və ya balıq verilir. Zeytun yağı çox istehsal olunduğundan ondan bol-bol istifadə olunur. Pizza və rizotto italyanların məşhur yeməkləridir.

Gəzməli-görməli yerləri:

  1. Neptun Fəvvarələr meydanı
  2. Arxeologiya və Lamborghini Muzeyi
  3. San Matteo Kilsəsi
  4. Cinque Terre
  5. Komo Gölü
  6. Piza qülləsi
  7. Venesiya
  8. Kolizey
  9. Açıq səmada təbii muzey – Florensiya
  10. Vatikan
  11. Açıq səmada təbii muzey – Florensiya
  12. La Skala operası
  13. Ferrari Muzeyi və .s

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın