Kanada — Şimali Amerikada yerləşən ölkədir. Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb. Amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü St. Lawrence Iroquoian (kanadanın yerli əhalisi) dilindəki bir söz olan “kanata” sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. XVIII yüzilin ortalarında (1756–1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. Kanada coğrafiyası geniş və çoxşaxəlidir. Torpaq sahəsi Şimali Amerika qitəsinin təxminən 40%-ini təşkil edir. Kanada sahəsinə görə Rusiyadan sonra dünyada ikinci ölkədir. Kanada da Makkenzi və Müqəddəs Lavrenti çayları bu ölkənin ən uzun çayları hesab edilir. Kanada ərazisindəki buzlaqların miqdarına görə dünyada 3-cü yeri tutur (Antraktida və Qrelandiyadan sonra). Kanada dünyanın ən uzun sahil xəttinə sahibdir. Ölkənin sahil xətti bütövlükdə 243.042 km uzunluğa sahibdir.
Kanadada gəzməli yerlər:
- Dinozavr İl Parkı
- Köhnə Montreal
- Fairmont Tarixi Dəmiryolu Otelləri
- Hecla adası
- İnsan Haqları Muzeyi
- Jasper Milli Parkı
- Vankuver
- Kvebek şəhəri
- Niaqara şəlaləsi
- Viktoriya və Vankuver adası
- Şahzadə Edvard adası
- Gros Morne Milli Parkı
- Toronto
- Cape Breton Highlands Milli Parkı
- Okanaqan Vadisi
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: