Küveyt və ya rəsmi adı ilə Küveyt Dövləti Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir. Ərazisinin çox hissəsi yaylalardır. Ərazisi qərbdən şərqə doğru alçaqlaşır və Fars körfəzi sahilində düzənliyə çevrilir. Küveytdə su ehtiyatları olduqca azdır və dəniz suyunun saflaşdırılması üçün müəssisə tikilib. Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Əhalisi 2,3 mln (2005-ci il) nəfərdir. Əhalisinin 45% bu ərazidə məskunlaşan etnik ərəblər (küveytlilər), 35% bu əraziya sonradan mühacirət etmiş ərəblər, qalan 20%-ni isə iqtisadiyyatın sürətli inkişafı səbəbiylə artan işçi qüvvəsinə olan tələbatı ödəmək üçün xaricdən gələnlər təşkil edir.
Küveytdə gəzməli yerlər:
- Prospektlər
- Böyük Məscid
- Suk Əl-Mübarəkiyyə
- Küveyt Qüllələri
- Əl Şəhid Parkı
- Güzgü Evi
- Marina Mall
- 360 Mall
- Pro kart
- Al Kout çimərliyi
- Suk Şərq
- Şeyx Cabir Əl Əhməd Mədəniyyət Mərkəzi
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()