Latviya Turu

Latviya , köhnə mənbələrdə Letoniya ya da rəsmi adıyla Latviya Respublikası Şimali Avropada dövlətdir. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular. Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.

 

Latviyada görməli yerlər:

  1. Aziz Peter Kilsəsi
  2. Azadlıq heykəli
  3. Riga Central Market
  4. Riga Katedrali
  5. Riqa qalası
  6. 3 Qardaş Evləri
  7. Pişik evi
  8. Art Nouveau Məhəlləsi
  9. İsveç qapısı
  10. Latviya Etnoqrafiya Açıq Hava Muzeyi
  11. Riqanın Rus pravoslav kilsəsi
  12. Latviya İşğal Muzeyi
  13. Milli Opera və Balet Binası
  14. Riqa Motor Muzeyi

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

 

Bir cavab yazın