Şimali Makedoniya

Şimali Makedoniya və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası cənub-şərqi Avropada dövlətdir. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası adlandırılmışdır. Beynəlxalq aləmdə isə daha çox Keçmiş Yuqoslav Respublikası Makedoniya və ya sadəcə Makedoniya kimi tanınmışdır. Şimali Makedoniya coğrafiyasının əsasını dağlar, dərələr və çaylar təşkil edir. Ölkə əhalisinin əsası makedonlardan təşkil olunmuşdur. Albanlar ölkənin 25%-ni təşkil edir. Şimali Makedoniyada eyni zamanda bəlli sayda türklər, romanlar, serblər, boşnaklar, arumınlar və bolqarlar da yaşayır.

 

Şimali Makedoniyada gəzməli yerlər:

  1. Üsküp
  2. Mavrovo Milli Parkı
  3. Bitola
  4. Pelister Milli Parkı
  5. Tetovo
  6. Daşkörpü
  7. Makedoniya Arxeoloji Muzeyi
  8. Müqəddəs İoan Kaneo kilsəsi
  9. Mavrovo milli parkı
  10. Matka kanyonu

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

Bir cavab yazın