Təbriz Turu

Təbriz Turu (3 gecə 4 gün)
Qiymət: (Qiymətlər otellərə görə dəyişir)

Behbud (4*)

Beynolmelali (4*)

Gostaresh (4*)

El Golu Pars (5*)

Shahriyar (5*)

Qiymətə daxildir:

  • Komfortlu nəqliyyat
  • Transfer
  • Tur rəhbər
  • Otel (BB)
  • Səhər yeməyi
  • Ekskursiya

Ekskursiyalar:

– Təbriz şəhər gəzintisi
– Şahgölü parkı
– Təbriz bazarı (dünyanın ən böyük üstüörtülü bazarı)
– Saat-qabağı.
– Kanduvan kəndi (Dağların içərisində oyulmuş evlər)
– Məqbərətül Şüəra (M.H. Şəhriyarın qəbri), M.H. Şəhriyarın evi
– Göy Məscid 

Təbriz Tur Proqramı:

1-ci gün

06:00- Toplaşma Baki ş.
06:30-09:30- Azərbaycan sərhədinə komfortlu avtobusla gediş
10:30-15:00- Biləsuvar Muğan-Təbriz yolu
15:00-15:30- Oteldə yerləşmə

15:30-16:30- Nahar (qiymətə daxil deyil)
19:30-20:30- Şam yeməyi (qiymətə daxil deyil)

2 ci gün
08:00 – 9:00- Oteldə səhər yeməyi (qiymətə daxildir)
9:00 – 10:00- Təbriz şəhər gəzintisi

10:00 -11:00- Şahgölü parkı

11:00 -12:00- Təbriz bazarı (dünyanın ən böyük üstüörtülü bazarı)

12:00 -13:00- Saat-qabağı

13:00 – 14:00- Kənduvan kəndi (Dağların içərisində oyulmuş evlər)

14:00 – 15:00- Nahar fasiləsi (qiymətə daxil deyil)
15:00 – 16:00- Şairlər məqbərəsi ( M.H. Şəhriyarın qəbri), M.H. Şəhriyarın evi

16:00 – 18:00- Göy Məscid

19:00 – 20:00- Şam yeməyi (qiymətə daxil deyil)
20:00- Otelə dönüş (Sərbəst vaxt)

3- cü gün

 Ekskursiyamızı istəyinizə uyğun olaraq təkrar edə bilərik (qiymətə daxil deyil)

4-cü gün
09:00 – 10:00- Oteldə səhər yeməyi (qiymətə daxildir)
10:00 – 11:00- Otaqların təhvil verilməsi
11:00 – 16:00- Təbriz-Biləsuvar-Muğan yolu
17:00 – 20:00- Biləsuvar-Bakı yolu

Qeyd:

• Rezervasiya günləri istəyə uyğun olaraq təşkil oluna bilər.
• Müştəri istəyinə uyğun olaraq city tour, transfer, aviabilet, sığorta xidmətləri göstəririk.

Təbriz Şəhəri

Təbriz (Tabriz – Tebriz) Şərqi Azərbaycan əyalətinin və Təbriz şəhristanlarının mərkəzidir. Şərqdən 46-cı meridianla şimaldan 38 dərəcə paralel yerləşən Təbriz şəhəri dəniz səviyyəsindən 1351,4 metr yüksəklikdədir. Azərbaycan Respublikası sərhədi ilə Təbrizi 140-150 km-lik masafə ayırır. Təbriz-Culfa yolunun uzunluğu şosse yolu ilə 146 km, dəmiryolu ilə 155 km-dir. Bu şəhər Azərbaycan Respublikası, Naxçıvan və Ermənistanla həmsərhəd olduğu üçün strateji və ticari əlaqələr cəhətdən də böyük əhəmiyyətə və mövqeyə malikdir. Təbriz şəhristanının sahəsi 453000 kv.km, əhalisi isə 3526000 nəfərdir. Şəhristan şimaldan Əhər və Şəbüstərlə, şərqdən Sərab və Miyana, cənubdan Marağa, qərbdən isə Urmiya gölü ilə həmsərhəddir.

Nəqliyyat

Təbriz yollar qovşağında yerləşən şəhərdir. Tehrandan Təbrizə qədər uzanan asfalt yol (624 km) Culfaya qədər (Azərbaycan Respublikasına qədər) uzanıb gəlir. Təbrizdən keçən digər yol (şahrah yol) bütün Türkiyə (Tehran-Ankara) və Avropa ilə birləşdirir. Bu yol Azərbaycanın Qəzvin, Zəngan, Miyana və Marağa şəhərlərindən keçərək Təbrizə gəlir. Tehrandan başlayıb Təbrizdə qurtaran dəmiryolu Təbrizin yaxınlığında Sofiyan qəsəbəsindan iki istiqamətə: Şimala – Culfaya, Qərbə – Türkiyəyə tərəf yönəlir. Bu yol Azərbaycanın təsərrüfat həyatı, xarici iqtisadi əlaqələri və sərnişin daşıma işlərində və s. mühüm əhəmiyyəti vardır. Təbriz eyni zamanda hava yolları üzərində yerləşən şəhərdir. Acıçay vadisində yerləşən Təbriz təyyarə meydanı Güney Azərbaycanın ən böyük hava limanıdır. Hava xətti ilə Tehrana, Bakıya və Ankaraya cəmi 1 saatlıq yoldur.

Tarixi abidələr

Şəhər ətrafındakı Səhənd dağları və şəhərin içindəki eynəli təpələri, yaşıl parklar, xüsusən El gölü parkı, böyük və qədim bazar, çoxlu tarixi abidələr, magistral yollar, böyük ticarət mərkəzləri bu şəhərə xüsusi bir gözəllik bəxş edir. Şəhərə həmçinin Göy məscid, Ərk qalası, “Gəncinə” (Xəzinə) muzeyi, Təbriz bazarı, Şah gölü (El gölü), Məqbərətüşşüara (Şairlər Məqbərəsi), Camaat (Camiə) məscidi və s. xüsusi gözəllik verir.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

 

Bir cavab yazın