Tanzaniya 1964-cü ildə iki müstəqil respublikanın-Tanqanika və Zanzibar, həmçinin Hind okeanında yerləşən Pembi adalarının birləşməsi nəticəsində yaranmışdır. Şimalda – Keniya və Uqanda, qərbdə – Ruanda, Burindi və Konqo Demokratik Respublikası (Tanqanika gölü ilə), cənubda – Zambiya, Malavi və Mozambiklə, şərqdə Hind okeanı ilə həmsərhəddir. Ərazisi 945,203 kv. km.,(Ərazisinə görə dünyada 31-ci yeri tutur), 2013-cü ildə aparılmış siyahıya almanın rəsmən elan olunmuş yekunlarına əsasən əhalisi 48 261 942 nəfərdir ( əhalisinə görə dünyada 27-ci yeri tutur). Tanzaniyanın tərkibinə Zanzibar, Pemba, Mafiya adaları daxildir. Ən böyük ada Zanzibar (sahəsi 1,7 min kv. km) adasıdır. Tanzaniyanını iki paytaxtı var. Ölkənin inzibati mərkəzi kimi tarixi paytaxt Dar-es-Salam şəhəri, qanuni paytaxtıisə hələ XX əsrin 70-ci illərində hökumətin əsas orqanlarının köçürüldüyü Dodoma şəhəridir.
Tanzaniyada gəzməli yerlər:
- Kilimancaro dağı Milli Parkı
- Olduvai dərəsi muzeyi
- Meru dağı
- Nungwi Mnarani akvarium
- Çita qayası
- Tarangire Milli parkı
- Kuza mağarası
- Manyara gölü Milli parkı
- Pemba adası
- Jambiani kəndi
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: