Vyetnam Turu - Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator

Vyetnam Turu

Vyetnam və ya rəsmi adı ilə Vyetnam Sosialist Respublikası Cənub-Şərqi Asiyada dövlət. Vyetnam Hind-Çin yarımadasında yerləşir. Şimalda Çin, qərbdə Laos və Kamboca ilə həmsərhəddir. Cənubda və şərqdə isə Cənubi Çin dənizi ilə əhatə olunub. Paytaxtı Hanoy, ən böyük şəhəri Hoşimin, ümumi sahəsi 331,212 kvadrat kilometrdir. Vyetnam 1945-ci ildə Fransadan müstəqilliyini əldə etmiş, 1954-cü ildə isə Şimali Vyetnam və Cənubi Vyetnam olaraq iki ayrı respublikaya bölünmüşdür. Ölkə uzun sürən müharibədən sonra 1976-cı ildə tək dövlət olaraq təkrar birləşmişdir. Vyetnam dağlıq bir ölkədir. Sonq-Koi və Mekonq deltaları əhəmiyyətli alçaq düzənlikləridir. Sahil düzənlikləri şərqdə yerləşir. Geri qalan torpaqlarının böyük hissəsini meşəliklər, dağlıq bölgə tutur. Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, Budda məbədi və s. ilə turistləri cəlb edir. Vyetnam turizminin incisi Halonq (əjdaha) körfəzi hesab olunur. Körfəzi çoxları dünyanın səkkizinci möcüzəsi hesab edir.

 

Vyetnamda gəzməli yerlər:

  1. Mədəniyyət məbədi və Milli Universitet
  2. Paqodaları (budda məbədi)
  3. Tısbağa məbədi
  4. Okeanologiya İnstitutu
  5. Kaoday-Ulu məbəd
  6. Halong
  7. Kuçi tuneli
  8. Amerikan müharibə muzeyi
  9. Nyaçanq

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın