2022-ci il Azərbaycanda Şuşa ili elan edilib

Şuşa Azərbaycan xalqı üçün müqəddəs və çox böyük mənəvi dəyərə sahib olan məkandır. Şuşa Azərbaycan xalqı üçün çox dəyərli və ayrılmaz bir şəhərdir.

1752-ci ildə təməli qoyulan Şuşa şəhəri inkişaf etmiş və qafqazın mədəniyyət mərkəzinə çevrilmişdir.

1992-ci ilin mayın 8-də Ermənistan silahlı quvvələri tərəfindən işğal olunan Şuşada yüzlərlə tarixi və mədəni abidə erməni vandalizmi nəticəsində dağılmışdır.

44 günlük müharibə zamanı 2020-ci il 8 noyabr tarixində Şuşa şəhəri qəhramann Azərbaycan əsgərləri tərəfindən işğaldan azad edildi və indi bu tarix Zəfər günü kimi qeyd olunur.

Şuşa şəhərinin işğaldan azad edilməsindən dərhal sonra burada yenidən təmir-tikinti işləri, həmçinin zərər görmüş tarixi, mədəni abidələrin bərpasına başlanıldı.

Mədəniyyət paytaxtı seçilən Şuşada yenidən bərpa işlərinə dövlən tərəfindən xüsusi diqqət verilir. Görkəmli şair Molla Pənah Vaqifin məqbərəsinin yenidən əvvəlki görkəminə qaytarılması, Üzeyir Hacıbəylinin heykəlinin qoyulması, Bülbülün ev muzeyi, həmçinin digər dini,mədəni abidələrin yenidən bərpasına xüsusi diqqət yetirilir. Cıdır düzündə “Xarı bülbül” festivalının keçirilməsi, Vaqifin məqbərəsi önündə Poeziya günlərinin keçirilməsi, Şuşanın surətlə dirçələcəyinə nişanədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın yüksək əhəmiyyətini nəzərə alaraq 2022-ci ili “Şuşa ili” elan etmişdir.

 

Bir cavab yazın