Martın 11-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Assosiasiya üzvləri üçün Şuşaya ilk tanışlıq səfəri təşkil olunub.
Səfər zamanı ATAA üzvləri Cıdır düzünü,Şuşa Qala divarlarını,Molla Pənah Vaqifin məqbərəsini, Xurşidbanu Natəvanın ev muzeyini ziyarət edib, eləcə də səfər iştirakçılarına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndəsi tərəfindən qoruq ərazisində aparılan yenidənqurma və bərpa işləri barəsində ətraflı məlumat verilib.
Şuşa səfəri çərçivəsində ATAA üzvləri həmçinin Biləsuvar rayonuna da baş çəkiblər.Rayonun icra başcısı Faiq Qürbətov turizm şirkətlərinin nümayəndələrinə Biləsuvarın turizm imkanları haqqında məlumat verib.
Qeyd edək ki,martın 18-dən etibarən həftədə bir dəfə olmaqla Şuşa şəhərinə 1 və 2 gecəlik turlar həyata keçiriləcək. Turlarda iştirak etmək arzusunda olan vətəndaşlar bizə müraciət edə bilərlər.