Protokolda Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Bunlara diplomatik pasport, xidməti pasport, ümumvətəndaş pasportu, Azərbaycan
vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin st
andartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən), Azərbaycan dənizçisinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda), dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə), uçuş heyətinin şəxsiyyət vəsiqəsi, Azərbaycan vətəndaşına rəsmiləşdirilən Azərbaycanın qayıdış şəhadətnaməsi (Azərbaycana qayıtmaq üçün Türkiyədə yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün) sənədlər daxildir.