Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb

   1mart tarixində Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniya Respublikasının xarici işlər nazirinin müavini Besart Kadia arasında görüş keçirilmişdir. XİN-dən bildirilib ki, görüşdə Azərbaycan və Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.

   Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” imzalanıb.

   Həmçinin qeyd edək ki, Türkiyə ilə 2019, Qətərlə 2021, Serbiya ilə 2022, BƏƏ ilə 2023 cü ildə viza tələbi qarşılıqlı olaraq ləğv edilib. Bundan əlavə MDB ölkələri ( Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Moldova) ilə və keçmiş MDB üzvü Gürcüstan ilə də əvvəlki illərdə viza tələbi aradan qaldırılmışdır.

Bir cavab yazın