Azərbaycan Otellərinin Gəlirləri

Azərbaycan Otellərinin Gəlirləri

Bakıda və digər şəhərlərimizdə yerləşən otellərin gəlirləri məlum olub. Ümumilikdə Azərbaycanda olan otellərinin gəlirləri artıb.

2019-cu ilin yanvar ayından sentyabr ayınadək Bakı və bölgələrdə yerləşən otellər 334 milyon 044 min 400 manat gəlir əldə ediblər. Qeyd olunan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 47 milyon 878 min manat, yəni 16,73% çoxdur.

334 milyon 044 min 400 manat gəlirin 241 milyon 854 min manatı, 72,40%-i Bakı otellərinin payına düşüb.

Bakı şəhərindən sonra ən çox gəlir 31 milyon 454 min manatla Quba-Xaçmaz bölgəsinin payına düşür. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 276 min manat, 15,73% çoxdur. Əldə olunan gəlirin 11 milyon 905 min manatı Qusar otellərinin payına düşüb.

Ölkə üzrə növbəti yeri 3-cü olaraq Şəki-Zaqatala iqtisadi rayonu başa vurub. Bu ilin yanvar sentyabr dövründə buradakı otellər 28 milyon 750 min manat gəlir götürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 456,90 manat və ya 1,56% azdır. Məlumat üçün bildirək ki, ötən ilin yanvar-sentyabr aylarında Şəki-Zaqatala iqtisadi rayonunda otellərin gəliri 29 milyon 207 min manat olub.

Bu il Qəbələ rayonun otellərinin gəlirləri 25 milyon 442 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 057 min 900 manat və ya 3,99% azdır.

Ötən illə müqayisədə bu il otellərdən ən az gəlir götürən iqtisadi zona isə Yuxarı Qarabağ iqtisadi rayonu 33 min 200 manat və Aran iqtisadi rayonu olub – 2 milyon 300 min 800 manat .

Azərbaycan Otellərinin Gəlirləri

Bir cavab yazın