Azərbaycana Gələn Turistlərin Sayı

Azərbaycana Gələn Turistlərin Sayı

2019-cu ilin başlanğıcıdan oktyabr ayına qədər Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 679 min nəfəri ötüb. Bu say ötən il ilə müqayisədə 10,9 faiz çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Qurumun məlumatında bildirilib ki, bu il ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin oktyabr ayında ölkəyə gələn turistlərin sayında 25 faiz artım müşahidə olunub. Gələn turistlərin çoxu əsasən Rusiya, Gürcüstan, Güney, Türkiyə, Səudiyyə Ərəbistanı, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bundan əlavə Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Qonaqların sayında olan artımın böyük qismini Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa kimi ölkələrdən gələn qonaqların təşkil edir. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınsa da, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayında artım nəzərə çarpıb.

İlin sonunadək, Payız-qış turizm mövsümündə Azərbaycana gələn turistlərin sayı-nın 3 milyonu keçəcəyi ehtimal olunur. 

Bir cavab yazın