Azərbaycanda Kənd Turizmi

Azərbaycanda Kənd Turizmi

Turizm zonalarında, xüsusi ilə bölgələrdə istirahət qiymətlərinin yüksək olmasına təsir edən əsas amillərdən biri də qonaqların qalması üçün otellərin sayının az olmasıdır. Bundan bir çıxış yolu turizmin inkişaf etdiyi bölgələrdə otel sayını artırmaqdırsa, digər əlverişli üsul həmin ərazilərdə kənd turizmini inkişaf etdirməkdir. Artıq Türkiyə və sairə bunun kimi turizmin inkişaf etdiyi ölkələrdə kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi geniş yayılıb. Dövlət Turizm Agentliyi tərəfindən artıq Azərbaycanda da bu məsələ bağlı bəzi addımlar atıldığı bildirilir. Agentlik 2020-ci ilin yanvar ayında Azərbaycanda Kənd Turizmi inkişafı üçün kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirilib: “Görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir”.  Bundan əlavə, Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək olmaq üçün Azərbaycan Ekoturizm Assosiasiyası təsis edilib. Assosiasiyadan verilən məlumata görə, bu məqsədlərə nail olmaq üçün ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq layihələrə dəstək vermə istiqamətləri üzrə fəaliyyət göstəriləcək.

Assosiasiya həm də davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliğ etməyi, ölkədə yeni ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqroturizm, kənd turizmi, eko hotellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı ekoturizm ölkəsi kimi tanıtmağı nəzərdə tutur.

Bir cavab yazın