Azərbaycan Turizm Bürosu bu il Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2023” səyahət sərgisində öz stendi ilə təmsil olunur.
Sərgidə “Azərbaycan Hava Yolları” QSC də daxil olmaqla ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi milli stendimizə və təbliğ edilən turizm məhsullarına xarici qonaqlar və turistlər tərəfindən xüsusi maraq müşahidə edilir.
Sərgi çərçivəsində Hindistandan olan tərəfdaşlarla gələcək əməkdaşlığa dair müzakirələr aparılır, eyni zamanda media nümayəndələri ilə görüşlər keçirilir.
Tədbir zamanı Azərbaycan Turizm Bürosunun baş icraçı direktor
Beynəlxalq sərgidə dünyanın 55-dən çox ölkəsindən, Hindistanın müxtəlif şəhərlərindən mindən çox turizm sənayesi nümayəndəsi, 25 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis fevralın 4-dək iştirak edəcək.
Onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycana gələn Hindistan vətəndaşlarının sayı 60731 nəfər təşkil edib. Hindistan keçən il Azərbaycana ən çox turistin səfər etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.