Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və s. aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən əldə edə bilərsiniz (e-mail: nrtis@mct.gov.az)
Ərizə-müqavilə ən gec 31 avqust 2019-cu il tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Eyni zamanda ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.
Sizi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka dəvət edirik!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi