Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu

Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu

23 aprel 2019 tarixində Bakı şəhəri, Pullman Hotelində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycancan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosiasiyası, turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edib. AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası arasında Assosiativ Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Bir cavab yazın