BAKU TRIATHLON

BAKU TRIATHLON

BAKU TRIATHLON

BAKU TRIATHLON 

2019-cu ilin oktyabr ayının əvvəlində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Triatlon Federasiyası “BAKU TRIATHLON 2019” həvəskarları arasında ilk triatlon yarışını keçirəcəkdir.

Triatlon yarışı SPRINT məsafəsində keçiriləcək. Iştirakçılar 0,5 km üzgüçülük, sonra velosipedlə 20 km qət etmə və 5 km qaçışla məsafəni tamamlayacaqlar

İştirakçılar aşağıdakı yaş kateqoriyasında medal və mükafatlar uğrunda mübarizə aparacaqlar: Kişi və Qadın – “18-29”, “30-39”, “40-49”, “50+”.

Komanda estafetində mükafatlar da veriləcək. Komanda 3 nəfərdən ibarət olmalıdır və komandaya həm kişilər, həm də qadınlar daxil ola bilər. Birinci iştirakçı 0,5 km məsafəni qət edərək, velosiped üçün komandanın növbəti üzvünə xüsusi bir elektron çip ötürür və o da öz növbəsində çipi idmançıya verir.

Yarışın məkanı – Avropa Oyunları Parkı (Su İdman Sarayı ilə üzbəüz).

Üzgüçülük hissəsi Avropa Oyunları Parkının açıq hovuzda baş verəcək.

Velosiped yolu Bakı Bulvarı boyunca Su İdmanı Sarayından, Bakı Kristal Zalı və Chayki restoranına qədər və eyni istiqamətdə davam edəcəkdir.

Qaçış mərhələsi Su İdmanı Sarayı ətrafında olacaq.

Bir cavab yazın