Bələdçilər üçün sertifikat məcburi olacaq

Bələdçilər üçün sertifikat məcburi olacaq

Yeni “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda turizm bələdçiləri üçün turizm bələdçiliyi sertifikatının alınması məcburi olacaq.  Bildirlib ki, “Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda yalnız sertifikat almış bələdçilər bu fəaliyyət növü ilə məşğul ola biləcəklər.

Bu barədə  Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib

Bundan başqa nəzərdə tutulan yeniliklər barədə məlumat verən K.Quluzadə əlavə olaraq bildirib ki, turistlərin dövlət qurumları ilə ünsiyyətini təmin etmək, dövlət orqanlarına müraciətlərini rahatlıqla təmin etmək məqsədi ilə turistlər üçün yardım mərkəzi yaradılacaq.

Turizm bələdçiləri üçün standartlaşdırma və sertifikatlaşdırma sisteminin müəyyən ediləcəyi və onlara fərqləndirici nişanların veriləcəyi də agentlik tərəfindən bildirilib. Ümumilikdə “Turizm haqqında” qanuna ediləcək  dəyişikliklər bununla bitmir. Ediləcək dəyişikliklər mehmanxana kateqoriyasına aid olan yerləşmə vasitələrinin ulduzlaşması, bu yerlərdə gecələyən şəxslərin elektron qeydiyyatının aparılması məsələlərini də özündə ehtiva edir.

Bələdçilər üçün sertifikat məcburi olacaq

Bir cavab yazın