Dünya Islam Kulinariya Konqresi

Dünya Islam Kulinariya Konqresi

Bakıda Dünya Islam Kulinariya Konqresi keçirilib.

Konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 

Konqresin keçirilməsinin əsas səbəblərindən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: Bu tədbirdə ümumilikdə 25 ölkə iştirak edib. Konqres çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WİCS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçirilib. Konfrans zamanı WİCS-in daxili məsələləri, proqramı, yeni layihələri müzakirə edilib.

Həmçinin konqres çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçirilib. İlki 2009-cu ildə Bakıda keçirilən çempionat peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə baş tutub. Bununla bərabər müxtəlif mətbəx incəsənəti sinifləri üzrə yarışlar da həyata keçilib. Münsiflər heyəti beynəlxalq səviyyəli hakimlik səviyyəsinə malik kulinariya hakimlərindən ibarət olub. Eyni zamanda, tədbir zamanı halal sərgi də keçirilib. 

Xatırladaq ki, tədbirin əsas dəstəkçisi “Azersun Holding” MMC-nin “Super Sun” yağı və “Azerçay” markaları olub.

Bir cavab yazın