Fantazia Festivalı

Fantazia Festivalı

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakıda, Gəncədə və Qəbələnin Nic kəndində ikinci “Fantazia” mədəni irs festivalı keçirir.

AzərTac-ın məlumatına əsasən, Konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Danilidis nitqi ilə başlayıb. O mədəni irsin qorunmasının vacibliyindən danışıb, bildirib ki, keçmişi özündə yaşadan qədim tarixi-mədəni abidələri mühafizə edərək gələcək nəsillərə çatdırmaq hər birimizin vəzifəsidir.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da çıxış edib. Azərbaycanda artıq ikinci dəfədir “Fantazia” mədəni irs festivalı keçiriməsini vurğulayan nümayəndə mədəni irsimizi qorumağın zəruriliyindən, Azərbaycanlıların tarixi irsinin zənginliyindən, hər gün müasirləşən Bakıdan söhbət açıb. Mədəni irsin qoruması məsələsində Azərbaycanın və Avropa İttifaqının birgə çalışmasına və bu çalışmanın gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Konfransda həm də İspaniyadan və İtaliyadan olan ekspertlər təqdimatla çıxış ediblər.

Xatırladaq ki, məşhur “Bakı” hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantazia” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır.

Bir cavab yazın