Gimnastika Üzrə Dünya Çempionatı

Gimnastika Üzrə Dünya Çempionatı

Bu il Bakıda gimnastika üzrə bir neçə mötəbər yarış keçirilib. Belə ki, bu il gimnastika növləri üzrə 3 dünya kubokunun, 2 Avropa və 1 dünya çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub. İlin son yarışı isə bədii gimnastika üzrə dünya çempionatıdır. Gimnastika Üzrə Dünya Çempionatı 16 – 22 sentyabrda keçiriləcək. Paytaxtda baş tutan hər 3 Dünya Kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. Gimnastika növləri üzrə bütün beynəlxalq yarışlar Milli Gimnastika Arenasında baş tutur. Azarkeşlər sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək, bütün beynəlxalq yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə bilərlər. 

Bir cavab yazın