Hotellərə ulduzların verilməsi

Hotellərə ulduzların verilməsi

Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirən Azərbaycan Hotel Assosiasiyası hotellərə ulduzların verilməsi prosesi haqqında bəzi məlumatları açıqlayıb.

Belə ki, fevral ayının 27-də keçirilən təlim zamanı iştirakçılar ulduzlaşma şərtləri və qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılıblar.

Eyni zamanda təlimdə yeni ulduz təsnifatı sisteminin Azərbaycanın hotelçilik və turizmi sənayəsi üçün əhəmiyyət və üstünlüklərindən bəhs edilib.

Assosiasiya tərəfindən bildirilib ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna 2020-ci ilin may ayından etibarən başlanılacaq.

Tədbirdə, həmçinin otellərdə içməli su, sanitariya və enerji texnologiyaları üzrə tövsiyələr, bundan əlavə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən də təhlükəsizlik standartlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu növ təlimlər ilk olaraq paytaxt Bakıda, daha sonra isə müxtəlif regionlarda davamlı olaraq təkrarlanacaq.

Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosun Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”-un əsas təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Hotel Assosiasiyası Avropa Hotellər Assosiasiyasının – “Hotelstars Union”  və Avropa Hotellər, Restoranlar və  Kafelər Assosiasiyasının (“HOTREC”)  müşahidəçi üzvüdür.

Bir cavab yazın