Savalan Info Turu

Savalan Tur Info

ULDUZ TOURISM  Azərbaycan Tur Operatoru olaraq, Savalan Bölgəsinə info Tur təşkil edir.

Bu turda iştirak etmək istəyən agentliklərin aşağıda göstərilən məlumatları UlduzTurizm@gmail.com e-mail ünvanına göndərməsi xahiş olunur:

  • Tur Agentlərinin adı
  • Şirkətin təmsilçisinin soyadı və adı
  • Əlaqə nömrəsini

Tarix: 30 Noyabr – 03 Dekabr 2018

Müddət: 3 GECƏ – 4 GÜN

Xidmət: tam Paket (hər şey daxil)

Qiymət: 90 AZN

Toplanma ünvani: 28 MALL qarşısı, saat  6:30 toplanma – 07:00 hərəkət

Info Turun Programi:

1-ci gün(30 Noyabr 2018): Bakıdan yola düşüş. Azərbaycan Biləsuvar Gömrük məntəqəsindən giriş, Muğan düzənliyinin təbii və tarixi turistik yerləri ilə tanışlıq, Muğan dəvə festivalı proqramında iştirak.

Görməli Şəhərlər: Germi Muğan və Biləsuvar Muğan rayonları
Gecələmə yeri: Kövsər Oteli (Biləsuvar-Muğan)

 

2-ci gün(01 Dekabr 2018): Meşkin şəhər istiqamətinə hərəkət,Parsabad rayonunda Oltan qalası və Aslanduz rayonunda Nadir Şah Təpəsi və Mil Muğanı ilə tanışlıq, sonra Meşkin şəhərinə doğru hərəkət,Meşkinin tarixi və təbii yerləri(Asma körpü ilə və su terapiyası və SPA mərkəzləri ilə tanışlıq)

Görməli Şəhərlər: Parsabad Muğan – Aslanduz Muğan – Xiyav (Meşkin Şəhr) rayonları
Gecələmə yeri:  Durna Oteli (Xiyav-Meşkin Şəhər)

 

3-cü gün(02 Dekabr 2018): Ərdəbil və Sərein şəhərləri istiqamətinə hərəkət, Ərdəbil-Sərein Nir şəhərinin təbii və tarixi yerlərini ziyarət.
Görməli Şəhərlər: Ərdəbil-Sərein–Nir rayonları
Gecələmə yeri: Bustan Otel (Sərein)

 

4-cü gün(03 Dekabr 2018): Kuvu-Xalxal şəhərləri istiqamətinə hərəkət,bu regionun tarixi və təbii yerləri ilə tanışlıq,günortadan sonra Ərdəbil yolu ilə Astara şəhərinə qayıdış. Yol boyunca Heyran Gədiyi və Nəmin rayonuna aid olan yerlərlə tanışlıq. Görməli Şəhərlər: Kuyu və Hirov (Xalxal) – Nəmin rayonu

Sonda: Azərbaycan Astara Gömrük keçid məntəqəsindən Azərbaycan Respublikasına giriş. Oradan da Bakıya yola düşüş.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

 

Bir cavab yazın