İslam Turizm Paytaxtı: Qəbələ

İslam Turizm Paytaxtı: Qəbələ

Qəbələ şəhəri “İslam dünyasının turizm paytaxtı” kimi seçilib. 

Bu barədə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransının yekunlarına əsasən, 2019 və 2020-ci illərin “İslam dünyasının turizm paytaxtı” olaraq Azərbaycanın dilbər güşələrindən, əsrlər boyu davam edən tarixi özündə ehtiva edən Qəbələ şəhəri bu ada layiq görülüb.
Bu ad uğrunda digər namizədlər arasında Qəbələ ilə yanaşı, Dəkkə (Banqladeş), Paraku (Benin) və Aqades (Niger) şəhərləri də yer almışdır.

Sözügedən konfrans fevralın 6-da Dəkkədə baş tutub. Qərar verilib ki, 2020-ci  ildə İslam dünyasının turizm paytaxtında İslam ticarət yarmarkası təşkil olunsun.

Qeyd edək ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Konya, 2017-ci ildə Mədinə, 2018-ci il üçün Təbriz, 2019-ci il Dəkkə və 2020-ci ildə də Qəbələ şəhəri bu ada layiq görülüb.

Bir cavab yazın