Kənd Təsərrüfatı Nazirliyinin layihəsi çərçivəsində təsərrüfatlara infotur təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Sitrus vadisi” və “Lerik Longevity Honey” aqroturizm təsərrüflarına infotur təşkil olunub.

 

İnfoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətindən 33 nümayəndə iştirak edib. Nümayəndələr əvvəlcə Lənkəranın İstisu qəsəbəsində yerləşən “Sitrus vadisi” təsərrüfatında göstərilən xidmətlərlə tanış olub, sitrus, kivi və feyxoa bağlarında təbii məhsulların dadına baxıblar. Təsərrüfatda qonaqlara sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar, sitrus meyvələrindən hazırlanan məhsullar barədə məlumat verilib.

 

Daha sona qonaqlar Lerikdə yerləşən “Lerik Longevity Honey” təsərrüfatına səfər ediblər. Turizm şirkətlərinin nümayəndələri təsərrüfatda balın toplanması və süzülməsi prosesində iştirak edib, onlara müxtəlif arı məhsullarının hazırlanması, arı məhsullarının faydaları barədə onlara məlumat verilib. Qonaqlar sonda “Lerik Longevity Honey” aqroturizm təsərrüfatında hazırlanan yerli mətbəxin təamları ilə tanış olublar.a

Bir cavab yazın