Koronavuris daxili turizmin inkişafına müsbət təsiri
Hal hazırda qlobal səviyyədə yayılmış koronavirusun turizmin inkişafına ciddi zərər vurduğu müşahidə edilir, lakin yayılmanın təhlükəli saya çatmadığı ölkələrdə daxili turizmdə canlanma müşahidə edilir. Belə ki, xarici ölkələrin virusla əlaqədar ehtiyat tədbirləri nəticəsində müxtəlif qabaqlayıcı tədbirlər görməsi, sərhədlərini bağlaması, bəzi məhdudiyyətlər tətbiq etməsi kimi proseslər ölkələr arası səyahətlərə ciddi maneələr törədir. Bunun nəticəsində səyahət etməyi planlaşdıran vətəndaşlar xarici ölkələrə səfər edə bilmədikləri üçün daxil turizmə yönəlirlər. Bütün bunların daxili turizmin inkişafına müsbət təsir edəcəyi gözlənilir.
Bu barədə Dövlət Turizm Agentliyindən də məlumat verilib. Agentlik də bütün bunların daxili turizmə müsbət təsir edəcəyini ehtimal edir.
Daxili Turlarımızla tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz 🙂