Mehmanxanaların göstəriciləri
2018-ci ilin ilk rübündə ölkə üzrə mehmanxanaların göstəriciləri 73,1 milyon manat olub.
Bu məbləğin 64,5 faizi mehmanxana otaqlarının satışından, 23,5 faizi içkilər və digər F&B xidmətləri daxil olmaqla qida məhsullarının satışı üzrə gəlirlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20 faiz təşkil edib. Naftalanda 52 faiz, Bakıda 32,1 faiz, Qusarda 24,2 faiz, Qəbələdə 22,9 faiz, Qubada 21,7 faiz, Naxçıvan Muxtar Respublikasında 9,1 faiz, Lənkəranda 7,6 faiz, Şəkidə 6,5 faiz, Şamaxıda 4,2 faiz, Gəncədə 2,8 faiz, Qaxda 2,5 faiz, digər şəhər və rayonlarda isə 2,5 faizdən aşağı olub.