Təbriz 2018, İslam Ölkələrinin Turizm Paytaxtı

Təbriz, İslam Ölkələrinin Turizm Paytaxtı

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz  şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib.Tədbirdə çıxış edən İƏT-in baş katibi İyad Əmin Mədəni təşkilata üzv dövlətlərdə turizm sektorunun daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb, qeyd edib ki, üzv ölkələr 2017-cü ildə 147 milyon turist qəbul ediblər ki, bu da ötən illərlə müqayisədə çoxdur. Əldə edilən gəlirdə isə 20 milyard artım qeydə alınıb. Təbriz şəhəri islam ölkəri arasında turizm baxımından önəmli bir yer tutur. Təbriz Şərqi Azərbaycan vilayətinin mərkəzidir.

Təbriz, İslam Ölkələrinin Turizm Paytaxtı

Bu səbəbdən Təbriz ən modern şəhər kimi tanınır. Ərazisi dəniz səviyyəsindən 1350-1500 metrə qədər yüksəklikdədir. Təxminən 2 milyondan çox əhalisi olan şəhər tarixi İpək Yolu üstündə yerləşdiyindən, Şərqlə Qərbi bir-birinə birləşdirir. Buranın üstüörtülü geniş və böyük bazarı dünyada çox məşhurdur.

Təbriz turları üçün bizə muraciət edə bilərsiz.

Təbriz Şərqi Azərbaycan əyalətinin və Təbriz şəhristanlarının mərkəzidir. Şərqdən 46-cı meridianla şimaldan 38 dərəcə paralel yerləşən Təbriz şəhəri dəniz səviyyəsindən 1351,4 metr yüksəklikdədir. Azərbaycan Respublikası sərhədi ilə Təbrizi 140150 km-lik masafə ayırır. Təbriz-Culfa yolunun uzunluğu şosse yolu ilə 146 km, dəmiryolu ilə 155 km-dir. Bu şəhər Azərbaycan Respublikası, Naxçıvan və Ermənistanla həmsərhəd olduğu üçün strateji və ticari əlaqələr cəhətdən də böyük əhəmiyyətə və mövqeyə malikdir. Təbriz şəhristanının sahəsi 453000 kv.km, əhalisi isə 3526000 nəfərdir. Şəhristan şimaldan Əhər və Şəbüstərlə, şərqdən Sərab və Miyana, cənubdan Marağa, qərbdən usə Urmiya gölü ilə həmsərhəddir.

Şəhər ətrafındakı Səhənd dağları və şəhərin içindəki eynəli təpələri, yaşıl parklar, xüsusən El gölü parkı, böyük və qədim bazar, çoxlu tarixi abidələr, magistral yollar, böyük ticarət mərkəzləri bu şəhərə xüsusi bir gözəllik bəxş edir. Şəhərə həmçinin Göy məscid, Ərk qalası, “Gəncinə” (Xəzinə) muzeyi, Təbriz bazarı, Şah gölü (El gölü), Məqbərətüşşüara (Şairlər Məqbərəsi), Camaat (Camiə) məscidi və s. xüsusi gözəllik verir.

Bir cavab yazın