Turizm Təlim və Sertifikasiya Mərkəzi ,Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabət qabiliyyətliliyini artırmaq üçün yaradılıb.
Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək mərkəzin məqsədi turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqla turizmin uzunmüddətli inkişafına töhfə verməkdir.
Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar, ilkin olaraq Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına daxil edilib. Ötən ilin avqust-oktyabr ayları ərzində turizm sənayesinin təmsilçiləri arasında modullar 6 əsas turizm regionunda müəyyənləşdirilib.
Təlimlər hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.
O kurslar ki,Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən keçiriləcək və iştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsi nəzərə alınaraq Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.
Kurslar bugünkü vəziyyətdən asılı olaraq həftədə 2 dəfə olmaqla onlayn formada təşkil ediləcək.
Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.
Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.