Türkiyə turistləri qəbul etmə şərtlərini açıqladı
Türkiyənin Turizm və Mədəniyyət naziri Mehmet Ersoy turizm sektorunda Covid-19 tədbirləri çərçivəsində bəzi yeni qaydaların tətbiq olunduğunu bildirib və bu sahədə də primitiv maska, gigiyena və sosial məsafə qaydalarının əhəmiyyətini bütün sahələrdə olduğu kimi turizm sahəsində əsas şərtlərdən biri olduğunu vurğulayıb. O iyun ayından etibarən ölkəyə gələn turistlərin qəbul edilmə şərtlərı və qonaqların koronavirus testindən necə keçiriləcəyindən də danışıb.
Nazir bildirib ki, Türkiyə tərəfi qonaqlardan xəstəliyə yoluxmamaları barədə arayış tələb etməyəcək, amma yenə də gələn qonaqların səhhətinə ciddi nəzarət olacaq. İlk öncə turistlər ölkəyə qəbul edilməzdən öncə hərarətləri təmas olmadan ölçüləcək.
Sərhədlər və hava limanlarında ilk tibbi yardım otaqları qurularaq lazımi imkanlarla təchiz ediləcəklər. Belə ki, 38 dərəcədən yuxarı temperatur olan turistlər bu otaqlara göndərilərək testdən keçəcək. Yoluxma aşkarlanarsa turist təcrid edilərək müallicə mərhələsəi başlayacaq.
Nazir Ersoy qeyd edib ki, turistdə virus aşkarlanarsa Türkiyə tərəfi COVID-19 və ya hər hansı digər infeksiyaya yoluxanların müalicəsinə kömək edəcək.
Türkiyə turistləri qəbul etmə şərtlərini açıqladı