Ulduz Tourism bu il də AITF sərgisində iştirak etdi.Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi 5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirildi. Sayca 17-ci olan bu sərgi hər il olduğu kimi bu il də turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya topladı və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirdi.
BÜTÜN DÜNYA – BİR SƏRGİ devizi altında keçirilən “AITF” sərgisində Azərbaycan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşki Slatina (Sloveniya) və Stavropol Diyarından (Rusiya) olmaqla ümumilikdə 277 şirkət iştirak etdi. Ulduz Turizm də bu sərgidə layiqincə təmsil olundu.