Albaniya Turu

Albaniya və ya Arnaudluq, rəsmi adı Albaniya Respublikası— Balkan yarımadasının cənub-qərbində yerləşən ölkədir. Albanlar öz ölkələrini “Şipri”, yəni “Qartallar diyarı”, yerli sakinləri isə “Şiptar” adlandırırlar. Albaniya özü isə illiriya sözü olub “oba” — “kənd” deməkdir. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır.Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar.Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub.

 

Albaniyada gəzməli yerlər:

  1. Berat şəhərində Milli Etnoqrafiya Muzeyi
  2. Skanderbeq meydanı
  3. Tirana Milli Tarix Muzeyi
  4. Skadar gölü
  5. Ksamil kurortu
  6. Berat qəsri
  7. Rozafa qalası
  8. Mavi göz karst bulağı
  9. Butrunti Arxeoloji Muzey Qoruğu
  10. Komani-Ferri gölü
  11. Osum-Kanyon
  12. Nivisa kanyonu

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın