Yunanıstan Turu

Yunanıstan  rəsmi adı Ellin Respublikası Avropada dövlətdir. Ölkə cənub-şərqi Avropada yerləşir və dünyada ən qədim sivilizasiyalardan biridir. Yunanıstan şərqdən Şimali Makedoniya, Bolqarıstan, TürkiyəAlbaniya ilə həmsərhəddir. Onun sahilləri qərbdən İon dənizi ilə və şərqdə Egey dənizinin suları ilə yuyulur. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa Birliyi və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Qərbi Avropada 9-cu, dünyada 90-cı yer tutur. Yunanıstanın əlverişli coğrafi və hərbi-stratrji mövqeyi vardır. O, Avropa ilə Asiyanın kəsiyində, Afrikanın yaxınlığında yerləşmiş Aralıq dənizi ölkəsidir. Albaniya, Şimali Makedoniya və Bolqarıstan ilə quru sərhədlərinin böyük hissəsi çətin keçilən dağlıq ərazilərdən, yalnız Türkiyə ilə sərhəddi bataqlaşmış Maritsa çayı vadisi boyunca yerləşmiş ovalıqdan keçir. Dünya Dövlətləri arasında Yunanıstan ən girintili-çıxıntılı sahil xəttinə malik ölkələrdən biridir. Yunanıstan Milli Statistika Xidmətinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumatına əsasən Yunanıstan əhalisi 11.062.508 nəfərdir.

 

Yunanıstanda gəzməli yerlər:

  1. Mikonos
  2. Santorini
  3. Rodos
  4. Psaru çimərliyi
  5. Afina
  6. Akropol
  7. Midilli adası
  8. Saqqız adası

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın