Bolqarıstan rəsmi adı Bolqarıstan Respublikası Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir. Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır. Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir . 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir. 2001-ci il siyahıya alması zamanı onlardan 6.622.850 nəfəri ana dilini Bolqar dili olduğunu bildirdi. Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub.
Bolqarıstanda gəzməli yerlər:
- Varna Arxeologiya Muzeyi
- Altın qumlar (Zlatni Pyasatsi)
- Dəniz Parkı
- Roma Hamamları
- Dənizçilik muzeyi
- Varna Yunus Akvariumu (Dolphinarium)
- Retro Muzeyi
- Katedral
- Aladzha Manastırı
- Varna Plajı
- Primorski parkı
- Evksinograd Sarayı
- Opera binası
- Tarixi Qatar Stansiyası
- Nicolaus Copernicus Müşahidə və Monitorinq Evi
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()