Abqora Şərbəti

Abqora şərbəti qədim vaxtlarda həm toy süfrələrində, həm də bir çox ailələrdə hər gün masada olan spirtsiz içki növü idi.
Bildiyiniz kimi, Abqora – turş və kal üzüm dənələrindən sıxılmış şirədir. Ondan yeməklərdə: kabab, ət, turşu qovurma, balıq, düşbərədə zövqə görə istifadə olunur. Abqora çox turş olduğundan əti və eyni zamanda yağlı yeməkləri yedikdən sonra təzyiqin qalxmasına mane olur və həzmi tezləşdirir. Ona görə də, orta yaşlı insan üçün abqora əsl tapıntıdır. 
Ötən əsrdə hər bir azərbaycanlı və xüsusən Bakı ailəsində həmişə bir şüşədə, ağzı bağlanmış abqora şərbəti mütləq olurdu. Son vaxtlarda təəssüf ki, bu unikal vasitə süfrələmizdən, mətbəximizdən itir.
Turşməzə, sərin, ətirli Abqora şərbəti dolma,kabab,plov, qutab kimi ağır kalorili yeməklərin yanında əla vəhdət yaradır. Yaz və yay mövsümündə siz də bu faydalı içkini hazırlayıb, soyuducuda saxlaya və süfrənizə verə bilərsiz.

Abqora şərbətini hazırlamaq üçün:
Dolçaya 30-50 ml. abqora şirəsi əlavə olunur və üzərinə soyuq su qatılır. 2 xörək qaşığı şəkər tozu qatılır, həll olunur. Bir az limon suyu da sıxılır. Bu şərbət, diabet, artıq çəki və yüksək təzyiqdən əziyyət çəkənlər üçün əla içkidir.

Daxili turlar haqqında ərtaflı məlumatı vebsaytımızdan əldə edə bilərsiz.

 

Bir cavab yazın