Ağdaş Rayonu

AĞDAŞ RAYONU

Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.  İnzibati mərkəzi Ağdaş şəhəridir. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. Əhalinin sayı – 111 min 106 nəfər   (1 yanvar 2020-cu il) təşkil edir.

Təbiəti

Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir.  Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhədi boyu Kür çayı axır.  Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir.

Tarixi abidələri

Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin Tarix-Diyarşünaslıq muzeyi də mövcuddur.

Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir. XIX əsr abidələrindən Qarabəy karvansarası, Hacı Osman məscidi də önəmli abidələrdəndir.

 

 

Bir cavab yazın