Qəbələ – Oğuz Turu

Qəbələ – Oğuz Turu

1 günlük  və 1 gecə 2 günlük

Tur Proqramı:

Saat 06:30 – Təyin olunmuş yerdə toplaşma

Saat 07:00 – Yola düşmə

Saat 23:00 – Bakıya çatmaq

Tura daxildir:

  • Komfortlu nəqliyyat
  • Səhər yeməyi
  • Tufandağ qış əyləncə mərkəzinə səyahət
  • Nohur gölü gəzintisi
  • Xalxal şəlaləsi (Oğuz) ekskursiyası
  • Kaspia Yeddi Gözəl (Qəbələ) otelində gecələmə (1 gecəlik turlarda)
  • Təcrübə və biliyindən əsla narazı qalmayacağınız
  • Tur Rəhbər

Ekskursiyalar:

  • Nohur Göl
  • Tufandağ
  • Xalxal şəlaləsi
  • Qəbələnd  Əyləncə Mərkəzi (karting,kanki, və s. maraqlı atraksiyonlar)

Qeyd: Qəbələnd Əyləncə Mərkəzində atraksiyonlardan istifadə hər bir müştərinin öz hesabına ödəniləcək

Qeydlər:

  • Toplanış saatı dəyişdirilə bilməz.
  • Təyin olunmuş vaxtda yola düşürük.
  • Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
  • Qayıdış vaxtı müəyyən vaxtlardan  gec və ya tez ola bilər.
  • 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsizdir.
  • 0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).
  • Nahar tura daxil deyil. Turistlər öz hesablarına nahar edə bilərlər.
  • Tur zamanı spirtli içkilər qəti qadağandır.
  • İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür.
  • Nəzərdə tutulmuş saydan aşağı turist sayı olarsa qiymət dəyişimi ola bilər.
  • İstəyə uyğun olaraq 1 gecədən 7 günə kimi turlar təşkil edə bilərik.
  • Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir. 

Qəbələ

Qəbələ  Azərbaycanın şimal-qərb turizm marşrutuna adi olan turizm şəhərlərindən biridir. Bakı ilə arasında məsafə  Qəbələ turizmi unikal infrastrukturu ilə göz oxşayır. Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi “İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarca digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekrasiya və turizm imkanlarına malikdir. 

Oğuz

Oğuz  Azərbaycanın Qafqaz sıra dağlarının qoynunda yerləşən dilbər guşəsidir. Təbiəti, şəlaləsi, yeraltı suları, bulaqları, yam-yaşıl meşələri, yol kənarı ilə uzanan  bağları, bir-birinə oxşayan, ancaq hamısı bir-birindən  fərqlənən evlərinin yerləşdiyi kəndlər buraya gələn qonaqları valeh edir. Oğuz rayonu həqiqətən cənnətməkan bir diyardır.

Oğuzda gəzməli yerlər

1. Xal-Xal

Oğuz rayonunun Xalxal kənd ində  yerləşir. Kənd rayon mərkəzindən 15 km şimal-şərqdə, dəniz səviyyəsindən 810 metr yüksəklikdədir. Xal-Xal  şəlaləsi, yerli turistlərin ən çox görmək istədiyi yerlər arasındadır. 

2.Xaçmaz kəndi

Oğuzun ən böyük kənddir. Xaçmaz, qədim Hun Türklərinin iqamətgahı sayılan Azərbaycanın başqa bir mahalının adıdır. Oğuzun ən böyük kəndi olmaqla yanaşı, böyük yaşıl püstə və fındıq meşələri ilə də tanınır.

3. Filfilli kəndi

Bu kəndin adı türk mənşəlidir. Kəndin içindən dumduru çay  axır. Hər yer yaşıl rəngdədir. Yayda da bu kəndin havası sərin olur.

4. Baş Daşağıl kəndi

 Həmçinin Göy Bayır Yaylası kimi də tanınan bu kənd hər tərəfdən yaşıl dağlarla əhatə olunmuş Oğuzun gözəl kəndlərindən biridir. Buraya gələn turistlər dağların yamacında kirayə evlər götürə bilərlər.

5. Oğuz Tarix-Diyarşünaslıq muzeyi

Muzey 1981-ci il fevral ayının 19-da yaradılmışdır.  Muzey  yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəddə yerləşir.  Muzey dörd bölmədən ibarətdir: təbiət bölməsi, arxeologiya, Sovet imperiyasının süqutuna qədərki dövr bölməsi və  müasir dövr bölməsi. Burada rayon ərazisində arxeoloji qazıntılar zamanı əldə edilən 168 maddi mədəniyyət nümunələri də nümayiş etdirilir.

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921      Sosial şəbəkədə ünvanlarımız:       

Bir cavab yazın