Nohur Göl

Nohur Göl

Nohur göl Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Nohurqışlaq su anbarına Dəmiraparan və Vəndam çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, GöyçayUcar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə önəmli əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox marağına səbəb olan istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının və idmanın inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.

Bəzən sərt keçən qış fəsilində Nohur gölün səthi tamamilə buz bağlayır. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40-50 sm. Çatırdı. Bundan istifadə edən yaxınlıqdakı Nohurqışlaq kəndinin əhalisi canlı qüvvə və texnikanın gücü ilə üzərindən keçməklə gölün şimalındakı göy dağdan oduncaq və tikinti materialları daşıyıb gətirmişlər. Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007-2008-ci ilin qışında da təkrar olunmuşdur.

Bir cavab yazın