Qəbələ Turu

Tur Proqramı:

Saat 06:30 – Təyin olunmuş yerdə toplaşma

Saat 07:00 – Yola düşmə

Saat 23:00 – Bakıya çatmaq

Qiymətə daxildir:

  •  Komfortlu nəqliyyat
  •  Çay süfrəsi
  •  Səhər yeməyi (yağ, bal, pendir, yumurta, çay)
  •  Tur rəhbər
  • Əyləncəli oyunlar və hədiyyələr

Qiymət:

Qiymətə daxil deyil:   

 • Kanatdan istifadə
 • Nahar yeməyi (əlavə 10 azn)


Ekskursiyalar:

——————————–

Qeydlər:

  • 10 nəfərdən çox qruplar üçün 11-ci şəxs ödənişsizdir.
  • Tur zamanı spirtli içkilər qəti qadağandır.
  • 0-5 yaş uşaqlar ödənişsizdir(avtobusda yer verilməzsə), 6 yaşdan yuxarı tam ödəniş alınır.

 

 


Qəbələ haqqında:

Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ öz füsunkar təbiəti ilə qonaqlarını valeh edir. Şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir. Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Təsadüfi deyildir ki, respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir. Qəbələnin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətlidir və illik yağıntı cənubda 500-600 millimetr, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrə qədər olur. Bu amillər rayonda yay və qış turizminin inkişaf etdirilməsi üçün imkanlar açır.

 

Qəbələdə  gəzməli yerlər

1.Qəbələnd

Qəbələnddə dağlarda füsunkar görünüş, təmiz hava, restoran və kafelərdə dadlı yeməklər, ətirli güllərlə dolu gözəl bağlar sizin yolunuzu gözləyir. Qəbələnd 40-dan çox əyləncə obyektindən – attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları,  ibarətdir.  Həmçinin siz burada at və ponilərlə gəzintiyə də çıxa bilərsiniz.

2. Xanlar Restoranı

Xanlar restoranı – böyük həyəti, qədimi daşlardan düzəldilmiş gözoxşayan guşələri, gözəl mənzərələri, həyətindən axan çayı ilə Qəbələ turunuzu daha da yadda qalan və möhtəşəm edəcəkdir.  Xanlar restoranı Laza yolunun üzərində İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşir.

3. Nohurgöl

Nohurgöl əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayır və Qəbələnin ən görməli yerlərindəndir. Nohur gölü Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda yerləşir. Öz gözəlliyi ilə görənləri heyran edən Nohurgöldə sakit atmosfer və quşların səsi, şəhər səs-küyündən istirahət etmək üçün ideal mühit yaradır. Burada həmçinin kiçik qayıqlarla və katamaranlarla gəzməklə ətraf mənzərədən zövq almaq olar.

4. Vəndam kəndi

Vəndam kəndi rayon mərkəzindən 14 kilometr məsafədə yerləşir. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Turistlərin marağını çəkən bu kəndin cazibədar yerləri çoxdur. Elə rayondakı əksər turizm obyektləri də burada fəaliyyət göstərir. “Duyma” sağlamlıq və istirahət mərkəzi, “Semerana”, “7 gözəl pansionatı” və 7 gözəl şəlaləsi ilə məşhurdur. Qəbələyə istirahətə gələnlər üçün ən çox kirayə evlərin olduğu kənddə məhz Vəndamdır.

5.Yeddi Gözəl şəlaləsi

Yeddi Gözəl Şəlaləsi – Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir.

6. Mucuq şəlaləsi

Mucuq şəlaləsi Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında yerləşir.  Əvvəlcə sizin qarşınıza kiçik şəlalə çıxacaq və böyük şəlaləyə çatmaq üçün uzun məsafə qət etmək lazım gələcək. Nəhayət, üç saatlıq yoldan sonra 54 metr yüksəklikdə olan sıldırım qayadan sürətlə tökülən Mucuq şəlaləsini görəcəksiniz. Bu gözəl mənzərənin qarşısında yolun bütün yorğunluğu unutduracaq.

 

7. Nic Kəndi

Qəbələ rayonunun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup – udinlər yaşayır.Kəndin əhalisi qonaqpərvərdir. Burada sizin üçün məmnuniyyətlə ekskursiya təşkil edə, görməli yerləri göstərə, milli yeməklərə qonaq edə bilərlər.

8. Tufandağ

Qəbələdə turistlərin diqqətini çəkən daha bir böyük məkan “Tufandağ” qış turizm mərkəzidir. Burda idmanın qış növləri üzrə — kanatla gəzintilər, xizək sürmə, restoran, kafe, otel turları, həm böyüklər, həm də uşaqlar üçün ekskursiya və əyləncə xidmətləri vardır.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın